2 Şubat 2017 Perşembe

Root Nədir? Faydaları Və Zərərləri Nələrdir



Keçən palaşımlarımızda sizlərlə Android root etmə proqramı olan KingRoot'u paylaşmışdıq. Bugün isə sizlərə root'un nə olduğunu, faydaları və zərərlərini başa salacam.

Root ingilis dilində kök deməkdir. Root səlahiyyətinə malik olmayan istifadəçi cihaz üzərində əvvəlcədən təyin olunan birçox şeyi dəyişdirə bilməz. Telefon istehsalçıları root səlahiyyətlərini bağlayaraq istifadəçilərin telefon və ya planşetlərinə tam nəzarət etməsini əngəlləyirlər. Qsa desək, telefonu root etmək istifadəçinin cihaz üzərində tam səlahiyyətə malik olmasını sağlamaq üçündür.

Root'un Faydaları


*Cihaz üzərində tam səlahiyyətə malik olmaq.

*Özəlləşdirilmiş ROM'lardan istifadə etmək. Məsələn MİUİ və ya CaynogenMod.

*Play Store'da olan rootlu proqramlardan istifadə edə bilmə. Məsələn: Screen Recorder ilə ekran videosu çəkə bilər, Greenify ilə batareyanıza qənaət edə bilərsiniz.

*Hər telefonda işlətmədiyimiz ancaq silə də bimədiyimiz proqramlar vardır. Eger rootunuz varsa bu lazımsız proqramları silə bilərsiniz.

*Bildiyiniz kimi Android'də bütün proqramlararı hafıza kartına daşımaq olmur. Yenə root varsa bütün proqramları SD karta daşıya bilərsiniz.

*Və burda yazmadığım birçox faydaları mövcuddur.

Hər yaxşı şeyin bir də pis cəhəti olduğu kimi root'un da pis və zərərli cəhətləri mövcuddur. Root etməyin zərərri isə aşağıdaklardır.

Root'un Zərərləri


*Telefonu root edərkən sistemə müdaxilə etdiyiniz üçün cihazınız qarantiya xaricində qalır. Telefonunuzun qarantiyası varsa Root etməyi tövsiyə etmirik.

*Root asan bir proses olsada bilgisiz və ehtiyatsız bir şəkildə edilərsə cihazınıza qalıcı zərər verə bilər.

*Root edilmiş telefona viruslar, pis niyyətli yazılımlar daha çox zərər verə bilər. Normal hada Android təhlükəsiz bir sistemdir ancaq root edildikdən sonra root icazəsi verdiyiniz proqramlar sizin xəbəriniz olmadan şifrələriniz və digər şəxsi məlumatlarınızı ələ keçirə bilər. Bunun üçün hansı proqramlara root icazəsi verəcəyinizi yaxşı fikirləşin.

*Root'lu telefonlara sistem yeniləmələri avtomatik olaraq gəlmədiyi üçün yeniləməni özünüz yükləmək məcburiyyətindəsiniz.

0 yorum:

Yorum Gönder

 

Copyright @ 2020 AndroidVİP.

Designed by Templateism